Dəyərli hiss etdirməyin gücü
Həyatda hamımızın ən əsas ehtiyaclarından və bəlkə də ən böyük gözləntilərimizdən biri dəyərli hiss etməkdir. Görülmək, anlaşılmaq, önəmsənmək və qarşımızdakı insanın həyatında bir məna daşıdığımızı bilmək… Əslində insanın bütün gözləntilərinin özündə bir az da bu duyğu dayanır.
Buna görə də bir-birimizlə ünsiyyət qurarkən yalnız dediklərimizə deyil, qarşımızdakı insana özünü necə hiss etdirdiyimizə də diqqət etməliyik. Bəzən səmimi deyilmiş bir təşəkkür, içdən gələn bir təbəssüm, diqqətlə dinlənilən bir cümlə və ya kiçik bir nəzakət jesti bir insanın həyatında düşündüyümüzdən qat-qat böyük əks-səda tapa bilər.
Unutmamalıyıq ki, sağlam fərdlər sağlam cəmiyyətlər, xoşbəxt fərdlər isə daha güclü və ümidli bir gələcək qurur. İnsanların özlərini dəyərli hiss etdikləri, bir-birlərini önəmsədikləri və hörmətlə dinlədikləri bir cəmiyyətdə sevgi, etimad və həmrəylik də güclənir.
Bəlkə də dünyanı daha gözəl bir yerə çevirməyin ən asan, amma ən təsirli yollarından biri bir-birimizə özümüzü dəyərli hiss etdirməyi öyrənməkdir. Çünki bəzən bir insanın həyatına toxunmaq üçün böyük işlər görməyə deyil, ona həqiqətən dəyər verdiyimizi hiss etdirməyə ehtiyacımız var.
Bu kiçik fərqindəliyin hamımıza xeyir gətirməsi diləyi ilə… Sevgilərlə…
